Siyasət

Azərbaycan RF yeni səfirinin namizədliyini ermənipərəst mövqeyi üçün qəbul etmədi

Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman- etimadnamə verilməsinə ilkin razılıq istənilir.

Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Buna səbəb Georgi Zuyevin ermənipərəst mövqeyi olub.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Daha çox göstər
Back to top button