Siyasət

Enerji və tranzit sahələri Ermənistan-İran əməkdaşlığının ən vacib nöqtələridir: İran XİN

Ermənistan-İran siyasi və iqtisadi münasibətləri yüksək səviyyədədir. Bunu bu gün ER Xİ naziri Edvard Nalbandyan ilə görüşdən sonra jurnalistlərə İran Xİ naziri Cavad Zərif bildirib.

“İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar vardır. Bu gün Yerevana etdiyim səfər ərzində məni iqtisadi sahənin nümayəndələri və iş adamları müşayiət edirlər”,-deyə Cavad Zərif vurğulayıb.

“Enerji və tranzit sahələri Ermənistan-İran əməkdaşlığının ən vacib nöqtələridir”.

Cavad Zərif Ermənistan rəhbərliyinə və erməni xalqına İranda baş vermiş zərzələ günlərində göndərilmiş başsağlığı üçün təşəkkür edib.

Daha çox göstər
Back to top button