İctimaiyyət

“Müsəlman Birliyi” Hərəkatının daha bir üzvünün həbs olunduğu deyilir

Müsəlman Birliyi» Hərəkatının daha bir üzvü Emin Əliyev həbs olunub.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, E.Əliyev noyabrın 26-da saat 13:00 radələrində Nardaranda saxlanılıb. Həmin gün o, 26 noyabr 2015-ci ildə polis əməliyyatı zamanı öldürülən dörd nəfər yerli sakinin məzarını ziyarət etməyə gedib.

«Emin Əliyevi məzarların yaxınlığında qurulmuş postda saxlayıblar. Oradan onu Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıblar», – dindar fəalın ailə üzvləri bildirib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və hərəkatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, uzunmüddətli həbsə məhkum ediliblər. Bəzilərinə isə polisin tələbinə tabe olmamaq ittihamı ilə sutkalıq inzibati həbs cəzaları verilib.

Daha çox göstər
Back to top button