Siyasət

Nalbandyan: Ermənistan İran üçün MDB, AİB ölkələri və Aİ üçün bir qapıdır

Ermənistan-İran konfransı iki ölkənin dövlət və biznes çərçivələri üçün ikitərəfli ticarət və iqtisadi sahələrdə olan imkanları və məsələləri müzakirə etmək üçün əhəmiyyətli platformdur. Bunu ER xarici işlər naziri Edvard Nalbandyan bildirib.

Edvard Nalbandyan Ermənistanda investisiyalar üçün yaranmış əlverişli şərtləri qeyd edib. Edvard Nalbandyan deyib ki, Ermənistanda investisiyalar qoymaq üçün üstünlüklərdən biri odur ki, ölkəmizin bir çox ölkələrlə güzəştli ticarət rejimi vardır.

Edvard Nalbandyanın sözlərinə görə, Ermənistan AİB ölkələrdən biridir və İranla sərhədi vardır. Beləliklə də, İran üçün MDB, AİB ölkələri və Aİ-yə girmək üçün bir qapı ola bilər.

“Bu baxımdan Şimal-Cənub yolunun Fars körfəzi limanlarını Qara dəniz limanlarına birləşdirən ən qısa tranzit marşrutu olaraq əhəmiyyətini qeyd etmək istəyirik”,-Nalbandyan deyib. ER Xİ naziri hemçinin qeyd edib ki, Ermənistan AİB və İran arasında azad iqtisadi zonası haqqında sazişinə aktiv şəkildə dəstək verir. O deyib ki, Syunikdə İranla sərhəddə azad iqtisadi zonasının yaranması İranla iqtisadi əlaqələrin güclənməsinə, ER iqtisadi potensialın daha səmərəli tətbiq olunmasına töhfə verəcək.

Daha çox göstər
Back to top button