Siyasət

Saziş DQ məsələsinin nizamlanmasında ER-Aİ razılaşmanın yüksək səviyyəsini əks edir: Səfir Svitalski

Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin sədri, səfir Pyotr Svitalski düşünür ki, Ermənistan və Avropa İttifaqı arasında imzalanmış əməkdaşlıq sazişi Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Aİ və Ermənistan arasında olan razılaşmanın yüksək səviyyəsinin əks etdirir. Bu haqda noyabrın 27-də jurnalistlərlə görüşdə Pyotr Svitalski bildirib. “DQ məsələsi ilə bağlı sazişdə olan formullar Aİ və Ermənistan arasında razılaşmanın yüksək səviyyəsini göstərir”.

Onun sözlərinə görə, sazişdə aydın şəkildə görünür ki, Aİ münaqişənin sülh yolu ilə nizamlanmasına və regionda inamın bərpa olunmasına dəsətk verir. “Aİ, inamın bərpa olunma prosesinə dəsətk verməyə hazırdır. Biz, Ermənistan və bölgənin inkişafına, o cümlədən Avropa qonşuluğu sabitliyinin qorunmasında bu məsələnin sülh yolu ilə nizamlanmasının əhəmiyyətliyinə inanırıq”,-deyə Svitalski qeyd edib.

Daha çox göstər
Back to top button