BaşlıcaSiyasət

ER Prezidenti İran Xİ naziri Cavad Zərifi qəbul etdi

ER Prezidenti Serj Sarkisyan İran İslam Respublikasının Xİ naziri Cavad Zərifi qəbul etdi. Dövlət başçısı qeyd edib ki, Ermənistan-İran diplomatik əlaqələrinin qurulmasından sonra 25 il ərzində iki ölkə dostluq, qarşılıqlı anlaşma və hörmət prinsiplərə əsaslanan münasibətəri qurdular.

Prezident ümid edib ki, bu münasibətlər gələcəkdə də eyni şəkildə davam olunacaqlar. Serj Sarkisyan qeyd edib ki, Ermənistanın iranlı tərəfdaşları ilə səmimi və açıq dialoqu var və dost İranın inkişafı və regional sabitliyi ilə maraqlanır.

İran Xİ naziri qeyd edib ki, İran üçün qonşu dövlətlər ilə əlaqələrin inkişafı xarici siyasətin prioritetlərindəndir və Ermənistan İran üçün həmişə də yaxşı qonşu olmuşdur. Tərəflər iqtisaadi əlaqələrin geclənməsinə və qarşılıqlı əlverişli müxtəlif sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyət veriblər.

Xİ naziri Zərifin qiymətləndirməsinə görə, Ermənistan-İran iqtisadi əlaqələri iki dost ölkənin yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun deyillər. Nazir bildirib ki, erməni həmkarı ilə müzakirələrdə xüsusilə də bu sahədəki inkişafına dai məsələlər olub. İran Xİ naziri qeyd edib ki, Yerevanda keçirilən Ermənistan-İran biznes konfransı da iqtisadi əlaqələrin genişlənməsinə və derinləşməsinə yönəlmişdir.

Daha çox göstər
Back to top button