Mədəniyyət

“Təkzbçi memarlar” filminin Kanadadakı premyerasının sonunda Din Keynin və Montel Viliamsinin müsahibəsi: “Soyqırımı inkarı yolverilməzdir”

Erməni Soyqırımı barədə “Təkzbçi memarlar” sənədli filminin prodüserləri Din Keyn və Montel Viliams  “Horizon Weekly” ilə  müsahibəsində   filmin yaradılması işləri və filmin önəmliyi barədə danışıb.

“Mən erməni deyiləm, amma mən insanam  və bu filmlə  biz, danışa bilməyən bütün insanların səslərini ucaldırıq, çünki onların səslərini eşitmirlər”- deyərək Viliams qeyd edib.

Keyn öz növbəsində  qeyd edib  ki, Erməni Soyqırımı barədə ilk dəfə tarixçi Kevin Matevosyandan esidib və daha çox məlumat əldə etmək üçün tarixi araşdırmağa başlayıb.

“Soyqırımı inkarı yolverilməzdir. Bu gün və  ya gələcəkdə təkrar olunmasının qarşısını almaq üçün onu öz adı ilə adlandırmaq lazımdır”- deyə Keyn vurğulayıb.

“Film ümumiyyətlə soyqırım barədədir və biz Erməni Soyqırımının tarixi nümunə olaraq istifadə edərək həqiqəti təqdim edirik. Əlbəttə, bu səhnələri izləmək çətindir və bunun baş vermədiyini inkar etmək mümkün deyil. Bu siyasi tarix deyil, insan həyatının tarixidir. Reallığı inkar etmək mümkün deyil”- deyə Keyn əlavə edib. O, filmdə Corc Kluninin rolunu sitat gətirərək, Hitlerin sözlərini xatırladır: “ Bu gün erməniləri kimdir xatırlayan?.

Prodüserlər  vurğulayıb ki, onlara o fakt təəccübləndirir ki, Birləşmiş Ştatlar Erməni Soyqırımı bu günə kimi tanımayıb. Bunun inkarı, “bizim  günlərimizdə gördüyümüz soyqırımlarına  və insanlar alverinə  səbəb oldu”.

Daha çox göstər
Back to top button