Təhlil

Azərbaycanın Aİ ilə aviasiya sazişinin baş tutmamasının səbəbləri

Noyabrın 24-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti zamanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Avropa Birliyi ilə aviasiya sazişi imzalayacağı anons edilsə də, bu, baş tutmayıb.

“Şərq Tərəfdaşlığı” ölkələrindən yalnız Azərbaycan və Belarus belə saziş imzalamayıb. Qafqaz ölkələrindən Gürcüstan aviasiya sazişini 2010-ci ildə, Ermənistan Brussels sammiti zamanı imzalayıb,

Qeyd etmək lazımdır ki, bu saziş “Şərq Tərəfdaşlığı” ölkələri üçün bir standartdır. Məsələn, Gürcüstan ilə Vahid Aviasiya Məkanı haqqında müqavilə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydalar əsasında iki il ərzində ümumi aviasiya məkanının hazırlanmasını nəzərdə tutur.

Gürcüstan öz qanunvericiliyini Avropa standartlarına və təhlükəsizlik, ətraf mühit, istehlakçıların hüquqlarının müdafiəsi, hava hərəkətinin idarə edilməsi, iqtisadi tənzimlənməsi kimi sahələrdə Aİ aviasiya qaydalarına uyğunlaşdırmalı olacaq.

Müqaviləyə əsasən, Aİ-nin bütün aviaşirkətləri Gürcüstanın hava daşıyıcıları kimi Aİ-nin istənilən nöqtəsindən Gürcüstana birbaşa uçuşlar həyata keçirə biləcək. Müqavilə Gürcüstan və Avropa İttifaqı arasında həftəlik uçuşların sayı və qiymətləri üzrə bütün məhdudiyyətləri aradan qaldırır.

Başqa sözlə, ölkənin aviasiya bazarı Aİ şirkətlərə açıqdır və AZAL-ın inhisarçı xarakteri nəzərə alınanda sazişin imzalanmaması təəccüb doğurmur.

Birincisi, Aİ milli daşıyıcının inhisarçılığı ilə razılaşa bilməz. Gürcüstan və Ermənistanla müqavilələrdə olduğu kimi, açıq hava məkanı haqqında razılaşmaq lazım gəlirdi.

Digər tərəfdən, Aİ-nin anti-protectionist siyasəti nəzərə alanarsa, Brüssel AZAL-a hökumətin subsidiyalarının davam etməsi ilə razılaşa bilməz. Qeyd edək ki, dövlət büdcəsindən AZAL-a birbaşa subsidiyalar ildə 10 mln manatdır.

Bundan əlavə, Aİ hava limanı və aviadaşıyıcının bir əldə cəmlənməsinə qarşıdır. Turan dəfələrlə yazıb ki, hava limanı aviadaşıyıcıdan ayrılmalı, hava limanının rəhbəri AZAL prezidenti Cahangir Əsgərovdan asılı adam olmamalıdır.

Avropa İttifaqı ilə danışıqları hökumətin adından XİN aparır. AZAL-ın hökumətə təzyiq imkanlarını nəzərə alsaq, sazişin niyə imzalanmadığını anlamaq olar.

AZAL hava məkanına Avropa şirkətlərinin, xüsusilə loukosterlərin buraxılmasına qarşıdır. Çünki bundan sonra qiymət siyasətində güzəştə yol verməlidir.

Nəticədə AZAL və onun güclü lideri qazandı. Uduzan isə Azərbaycan vətəndaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Turan-a müsahibəsində deyib ki, saziş üzrə danışıqlar davam etdirilir.

“Tərəflər arasında konstruktiv danışıqlar davam edir. Sammitin yekun sənədində bu razılığa istinad da var idi”, deyə Hacıyev bildirib.

Daha çox göstər
Back to top button