Siyasət

Belçika Prokurorluğu AŞPA sabiq deputatı və Azərbaycan arasında korrupsiya əlaqələrini araşdırır

Brüssel Prokurorluğu Belçika deputatı, AŞPA-nın sabiq deputataı Alan Desteks və Belçikanın sabiq deputataı Stefan Qorisənin Azərbaycan hakimiyyətləri ilə korrupsiya əlaqələrini aşkar etmək üçün istintaqa başladı. Məlumatı Belçika Ədalət naziri Kun Gens Le Soir-ə təqdim edib.

Xatırldaq ki, Qoris və Desteks “Avropa Seçki Akademiyası”-nı qurublar. Akademiya Azərbaycan fondlarından maliyyələşdirilirdi və Azərbaycanda keçirilən seçkiləri müsbət qiymətləndirirdi.

Desteks Assosiasiyanın əsas məqsədi Azərbaycanda keçirilən seçkiləri qanuniləşdirməkdi. Assosiasiyanın gözəl adına baxmayaraq, orada nə ofis, nə işləyən vardı və Desteksin ev adresində qeydiyyatdan keçmişdi. Keçən ildən bəri Assosiasiyanın adresi Qorisin evinə keçdi.

“Azərbaycan pulyuyan maşını” adlı qalmaqaldan sonra Alan Desteks, hansı ki, AŞPA üzvü idi, nümayəndə heyətindən istifa etdi. Əlavə edəq ki, AŞPA-da korrupsiya haqqında məlumatların tədqiq edilməsi üçün müstəqil xarici araşdırma orqanı deputatlara qarşı korruspiya iddialarını araşdırır və nəticələri 2018-ci il aprel ayında təqdim ediləcəkdir.

Daha çox göstər
Back to top button