Beynəlxalq

Ermənistan və Azərbaycan Xi nazirləri dekabrın 6-da Vyanada görüşəcək

Azərbaycan mediasına əsasən, Azərbaycan Xİ naziri Elmar Məmmədyarov bəyan edib ki, dekabrın 6-da Vyanada Ermənistan Xİ naziriylə Qarabağ münaqişəsinin nizanlanmasını müzakirə edəcək.

“Dekabrın 6-da Vyanada mən ATƏT Minsk qrupunun həmsədrləri və mənim ermənistanlı həmkarım Edvard Nalbandyan ilə görüşəcəyəm. Biz Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə edəcəyik”, – deyə Elmar Məmmədyarov jurnalistlər ilə görüşündə qeyd edib.

“Danışıqları Vyanada davam etdirməyi ümid edirik”- deyə E. Məmmədyarov deyib.

Daha çox göstər
Back to top button