Levon Aronyan London Chess Classic-da iştirak edəcək
Dekabrın 1-dən 11-dək Londonda London Chess Classic şahmat beynəlxalq super turnir (10 iştirkaçı, dairəvi rəqabət) keçiriləcək. Bu Grand Chess Tour-in son beşinci mərhələsidir.
Bu barədə Ermənistan Milli Olimpiya komitəsinin rəsmi saytı məlumat verir.
Turnirdə həmçinin Ermənistanın aparıcı şahmatçısı Levon Aronyan iştirak edəcək.
İştirakçıların tərkibi: Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Fabiano Karuana (ABŞ), Uels So (ABŞ), Vişvanatan Anand (Hindistan), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (RF), Yan Nepomnyaşçi (RF), Maykl Adams (Böyük Britaniya).
Sabah turnirin ilk turu keçiriləcək. Turda aşağıdakı cütlüklər bir-biriylə yarışacaqlar:
Nepomnyaşçi-Aronyan, Karlsen-Karuana, Adams-Karyakin, Nakamura-Anand, So- Vaşye-Lagrav.