Siyasət

Vigen Sargsyan Minskdə KTMT Müdafiə Nazirlərinin Şurası və Milli Təhlükəsizlik Şurasının katiblərinin nöbəti iclasında iştirak edir

Belarus Respublikasının paytaxtı Minskdə KTMT üzv dövlətlərinin xarici işlər, müdafiə nazirlər şurasının və milli təhlükəsizlik şurası katiblərinin nöbəti iclası başlayıb. İclasda təşkilata üzv dövlətlərinin rəhbərləri, Təhlükəsizlik Şurasının katibləri, xarici işlər və müdafiə nazirləri iştirak edir. Bu haqda ER MN mətbuat xidmətindən məlumat veriblər.

İclasda KTMT fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən beynəlxalq terrorizm, narkotik maddələri, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri müzakirə olunacaq.

İclas çərçivəsində rəsmi səfəri ilə Belarus Respublikasında olan ER müdafiə naziri Vigen Sargsyan KTMT üzv dövlətlərinin həmkarları, o cümlədən RF müdafiə naziri Sergey Şoygu ilə görüşüb.

Bu il KTMT qurulmasının 25-ci ildönümüdür. Ermənistan, Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan təşkilatın üzv ləridir. Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə imzalanmışdı.

Daha çox göstər
Back to top button