Ekonomika

“Azsığorta”nın pis vəziyyətdə olduğunu ABŞ-da da bilirlər

Fitch” beynəlxalq reytinq agentliyi “AzSığorta” ASC-nin reytinqinə yenidən baxıb. “APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, “Fitch” şirkətin reytinq üzrə proqnozunu “stabil”dən “neqativ”ə endirib.

Eyni zamanda, “Fitch” şirkətin “Sığortaçının Maliyyə Dayanıqlılığı” reytinqini yenidən “B” səviyyəsində təsdiq edib.

“Reytinqlə bağlı proqnoz şirkətin zəif biznes profilinin və Azərbaycanda mövcud olan çətin əməliyyat şəraitinə dayanıqlılığının az olmasını, 2017-ci ilin üçüncü rübünün sonuna maliyyə göstəricilərinin kəskin zəifləməsi və fərqli rəqabət üstünlüklərini itirdiyini əks etdirir. “Maliyyə Dayanıqlılığı” reytinqinin təsdiqi isə “AzSığorta”nın güclü nizamnamə kapitalına malik olmasını göstərir”, – deyə məlumatda qeyd olunub.

“Fitch” 2017-ci ilin III rübündə “Azsığorta” ASC-nin yeni biznes-plan həyata keçirərək, öz biznes fəaliyyətini optimallaşdırmaq, xərc bazasını azaltmaq və sığorta məhsullarının çeşidini innovativ məhsullar yaratmaqla diversifikasiya etmək istədiyini bildirib. Buna baxmayaraq, “Fitch”, bu addımın həyata keçirilməsinin çətin olacağını bildirib.

Agentlik “Azsığorta”nın cari ilin III rübündə 4,8 mln. manat zərərlə üzləşdiyini qeyd edərək bildirib ki, buna səbəb şirkətin restrukturizasiya ilə bağlı inzibati xərcləri olub.

Daha çox göstər
Back to top button