Ekonomika

Ermənistan-BƏƏ münasibətləri yüksək səviyyədədir

BƏƏ qurulmasının 46-cı il dünümünü qeyd edir. Dekabrın 2-də qeyd olunan milli bəyram münasibətilə BƏƏ-nin ER-dakı səfirliyi tədbir təşkil edib. Tədbirdə bir sıra yüksək səviyyəli rəsmilər iştirak edib. BƏƏ-nin ER-dakı fövqəladə və səlahiyyətli səfiri Cassim Muhammad Al Kassem Ermənistan-BƏƏ arasında olan ikitərəfli əlaqələrə toxunurkən əlaqələrin yüksək səviyyəsində olmasını qeyd edib.

“Bu münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərə əsaslanırlar və keçən il strateji əməkdaşlığa çatıb. ER Prezidentinin BƏƏ-yə son səfəri, Əbu-Dabi şəhzadəsinin Ermənistana ediləcək səfəri, BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlığı üzrə naziri Yerevana səfəri, o cümlədən Ermənistan və BƏƏ nazirlərinin qarşılıqlı səfərləri sübüt edirlər ki, iki tərəf də əlaqələri daha yüksək səviyyəyə çatdırmaq istəyir”,-deyə Cassam Muhammad Al mKassem qeyd edib ki, iqtisadi, mədəni əlaqələrdə də davamlı inkişaf və artım tendesləri görünür və bunun sübütü iki ölkə arasında ticarət dövriyyəsinin artımıdır. 2017-ci ilin 9 ayı ərzində ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə (71 milyon dollar) 140 milyon dollara çatıb.

“Aydındır ki, iki dost ölkə arasında iqtisadi əlaqələrin inkişafı və Ermənistanda BƏƏ investisiyaların artımı Ermənistan iqtisadiyyatına qarşı Əmirliklərin biznes sektorunun inamını sübüt edir”.

Daha çox göstər
Back to top button