BaşlıcaSiyasət

KTMT üzv ölkələrinin rəhbərləri Vyana və Sankt-Peterburq razılaşmakarını reallaşdırmağa çağırırlar

Noyabrın 30-da Minskdə keçirilmiş KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında KTMT ölkələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə dəstəl vermək haqqında bəyanat qəbul ediblər.

“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı vasitəçilik səylərini dəstəkləyirik.

ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-ın simasında olan həmsədrləri yeganə vasitəçilik funksiyası mandatına sahib olan beynəlxalq strukturdur, onun missiyası tərəflərə Dağlıq Qarabağ konfliktinin siyasi-diplomatik vasitələrlə həllinə yardım etməkdən ibarətdir.

Üç ölkənin həmsədrlərinin səyləri sayəsində problemin həlli üçün əsas olan bütöv prinsiplər və elementlər işlənilib və bunlar Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatında əks olunub.

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin gərəkdiyini təsdiq edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konfliktin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsinin, Helsinki Yekun Akstının müddəaları, xüsusilə güc tətbiq etmədən və ya güc tətbiqi təhdidi olmadan, dövlətin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə əsasında həllinə yönələn səylərinə dəstək nümayiş etdiririk.

2016-2017-ci illər ərzində Dağlıq Qarabağ problem ilə bağlı Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların reallaşdırılmasını dəstəkləyirik”,-deyə KTMT saytında dərc olunmuş bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button