Siyasət

Nalbandyan Cənubi Qafqazda Aİ yeni xüsusi nümayəndəsi ilə Artsax məsələsini müzakirə etdi

Ermənistan Xİ naziri Edvard Nalbandyan Cənubi Qafqaz və Gürcüstan məsələləri üzrə Aİ xüsusi nümayəndəsi Toyvo Klaari qəbul etdi. Görüşdə Ermənistan-Aİ əlaqələrinə dair məsələlər, hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanması müzakirə olunub və qeyd olunub ki, bu razılaşma ER və Aİ arasında əməkdaşlığın daha da güclənməsi və derinləşməsi üçün güclü bir təməldir.

Edvard Nalbandyan Qarabağ məsələsinin yalnız sülh yolu ilə nizamlanmasına dair Ermənistan yanaşmalarını və bu istiqamətdə Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrlər ölkələri ilə birgə səylərini təqdim edib.

Toyvo Klaar qeyd edib ki, öz missiyasına məsuliyyətlə yaxınlaşır və Aİ-nin ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə dəstəyini bir daha da təsdiq edib.

Tərəflər mövcud regional və büynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button