Mədəniyyət

Samanta Pauver “Avrora” mükafatının Seçmə komissiyasına qoşulub

BMT-də ABŞ keçmiş səfiri Samanta Pauver “Avrora” mükafatının seçmə komissiyasına qoşulub. İdeA Fondunun ictimai əlaqələr üzrə şöbəsindən bildirilib ki, səfir Pauver Seçmə komissiyasının digər üzvləriylə (nüfuzlu humanitar fiqurlar, hüquq müdafiəçilər və dövlətlərin keçmiş rəhbərləri) 1 milyon dollarlıq “Aurora” illik mükafat qazananları seçəcək.

Səfir “Avrora” mükafatının indiki Seçmə komissiyasına qoşulur. Seçmə komissiyasında Nobel mükafatı laureatları Oskar Aryas, Şirin Edabin, Leyma Gboven, İrlandiyanın keçmiş Prezidenti Meri Robinson, insan hüquqları aktivisti Hina Cilanin, Avstraliyanın keçmiş Xİ naziri və Beynəlxalq böhran qrupunun sədri və icraedici müdiri Qaret Evans, Meksikanın keçmiş Prezidenti Ernesto Sedilyon, “Sərhədsiz həkimlər” təşkilatının və Fransanın keçmiş Xİ naziri Bernard Kuşner, London İmperatorluq kollecində Qlobal sağlamlıq innovasiya institutunun direktoru Lord Ara Darzin, Nyu Yorkun Karneqi korporasiyanın sədri Vardan Gregoryan, Oskar mükafatlı aktyor və humanitar fiqur Corc Klunidir.

Daha çox göstər
Back to top button