Siyasət

“Parlamentarizmin əsas prinsipləri pozulur”: RF XİN QDİƏT-in iclasında ER nümayəndə heyəti olmadan müzakirə olunmuş bəyannamə haqqında

Rusiya Xarici İşlər Nazirliyi noyabrın 30-da Kiyevdə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) Ermənistan nümayəndə heyətinin yekun bəyannaməyə qatılmamasını pisləyib.

“Təşkilata sədrlik edən Ukraynanın erməni deputatlarının yekun bəyannaməyə dəyişiklik üçün buraxmaması bu ölkənin təşkilata sədrlik etmək gücündə olmadığını göstərir. Bu hadisə ilə parlamentarizmin baza prinsipləri pozulur və üzvlərin tamformatda prosesə qatılmalarına maneə yaradılır” –deyə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatda qeyd olunur. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi digər üzv ölkələrin də prosesi səssizcə izləməsini qəbuledilməz adlanıdırıb.

Xatıradaq ki, Kiyevdə keçirilmiş iclasda anti-erməni formullarla bəyannamə müzakirə olunub, Ermənistan Respublikasının nümayəndə heyəti isə, müzakirəyə dəvət olunmadı.

Daha çox göstər
Back to top button