Təhlil

2018-ci ilin dövlət büdcəsi: Azərbaycan əsassız xərclər edir

Dekabrın 1-də Azərbaycan Milli Məclisi 2018-ci il üçün dövlət büdcəsini təsdiq edib. Büdcə bir barel neftin 45 dollara əsaslanır və Ümumi daxili məhsulun (ÜDM) 1,5%-i səviyyəsində proqnozlaşdırılır. Bu barədə “Royters” məqalə yayıb.

2018-ci il büdcənin gəlirləri ilkin proqnozla müqayisədə dəyişdirilməyərək 20,127 mlrd. manat, xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 mln. artırılaraq 21, 047 mlrd. manat məbləğində təsdiq olunub.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16,766 mlrd. Manat, xərcləri isə, 17,941 mlrd manatdı. “Kavkazuzel”-in verdiyi məlumata görə, Azərbaycanın müstəqil iqtisadçıları qəbul olunmuş dövlət büdcəsinin layihəsini tənqid ediblər.

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, 2018-ci ilin büdcənin hər 100 manatından 38 manatı tikintiyə, hər 100 manatından ən azı 25 manatı korrupsionerlərə, 3 manat 63 qəpiyi polisə, 3 manat 50 qəpiyi müəllimə, 2 manat 50 qəpiyi məmura, 1 manat 30 qəpiyi həkimə, 1 manat 16 qəpiyi mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi işçilərinə, 63 qəpiyi elmi işçiyə çatacaq.

İbadoğlunun sözlərinə görə, 2018-ci ildə büdcə kəsiri 920 milyon manata çatacaq. “Bu Azərbaycanın müstəqilliyi tarixində ən böyük büdcə kəsiridir”.

Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 2017-ci ilin büdcə gəlirlərindən 3 milyard 361 milyon manat çoxdur. “Bunun 3 milyard 216 milyon manatı Neft Fondundan gələcək. Yerdə qalan 145 milyon manatı digər mənbələrdən təmin ediləcək”, o qeyd edib. Onun fikrincə, önümüzdəki il Azərbaycanda qiymətlərin bahalaşması üçün büdcədə əsas yaradılıb.

“Eadaily.com”-da siyasi şərhçi Anton Yevstratov Azərbaycanın hərbi büdcəsinə toxunaraq onu “zavalı” büdcə adlandırıb.

“Beləlilə, 2018-ci ildə Azərbaycan müdafiə və təhlükəsizlik üçün 1.6 mlrd. Dollar xərcləyəcək. Lakin Bakı üçün mələsələ odur ki, imzalanmış müqavilələrlə nəzərdə tutulan ödənişləri yerinə yetirməlidir. Azərbaycan əsassız xərclər edir, məsələn, bombalar və mərmilər (MİG-29, SU-25) alır. Bunlar isə, Artsax və Ermənistanın hava müdafiəsinə zərər veə bilmir”,-deyə o yazır.

Daha çox göstər
Back to top button