BaşlıcaSiyasət

“Artsax sərhədlərin kənarında başqa ərazilərimiz yoxdur”. İran mətbuatına M. Mayilyanın müsahibəsi

“Son günlərdə İranın nüfuzlu qəzetlərində Artsaxı maraqlı məqalələrlə təqdim edilib, bunlardan biri də Artsaxdakı şiə tarixi və mədəniyyət abidələrinə və bu abidələrin bərpa edilməsi istiqamətində Artsax Hökumətinin həyata keçiridiyi işlərə toxunub”- deyə öz facebook sahifəsində ekspert Armen İsrayelyan yazıb.

Ekspert yazıb ki,  İran mətbuatı sonra Arsax xarici işlər naziri Masis Mayilyanın İranın “Şərq” qəzetinə verdiyi müsahibəyə toxunub, müsahibə ərzində Artsax Respublikasının xarici işlər naziri Masis Mayilyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə, ATƏT-n Minsk qrupunun fəaliyyətinə, Dağlıq Qarabağ məsələsində İranın mövqeyinə, aprel müharibəsinə toxunaraq, qeyd etdi ki, Azərbaycan müharibə başlayaraq, danışıqlar prosesisnə zərər verib.

Qafqaz  üzrə iranlı ekspert Salar Seyfəddinin  münaqişənin  nizamlanması halında bəzi ərazilərin mümkün qaytarılmasına dair sualına cavab olarak qeyd etdi:

“Artsax sərhədlərin kənarında başqa ərazilərimiz yoxdur, malik olduğumuz əriazilər Artsaxın hissəsidir,  əlbəttə, Azərbaycanın nəzarətində olan bəzi bölgələr var, məsələn Şahumyan, Martakert və Martuni rayonların bir hissəsi, yəni Artsax Respublikasının ərazilərinin təxminən 15 faizi.  Artsax Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri bütün ölkəyə aiddir, yəni  eyni qanunlar Stepanakertdə və Araz çayının sahillərində olan yaşayış yerlərində qüvvədədir”

Daha çox göstər
Back to top button