Beynəlxalq

ER XİN: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nizamnaməsinə qarşı cəhdlər təşkilatın nüfuzuna zərbə vurur”

Ermənistan Xİ naziri Edvard Nalbandyan dekabrın 4-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristidisi qəbul edib. Edvard Nalbandyan qeyd edib ki, Ermənistan region iqtisadi integrasiya prosseslərini mühüm sayır və məhz bu prinsipə əsasən,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində  çox istiqamətli əməkdaşlıqda aktiv şəkildə iştirak edir.

Baş katibi Kristidis Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində  Ermənistana aktiv iştirak etmək üçün  məmnunluq bildirib.  Həmsöhbətçilər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Ermənistanın gələcək  sədrliyinə və onun prioritetlərinə toxunub.

Edvard Nalbandyan və Maykl Kristidis Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində   qarşılıqı əməkdaşlığın prioritetləri, təşkilatın islahat məsələlərini müzakirə edib.

Nazir Nalbandyan qeyd edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament assambleyasının  çərçivəsində  təşkilatın nizmnaməsinə və prioritetlərinə qarşı bəzi cəhdlər zərərlidir və təşkilatın nüfuzuna zərbə vurur.

Daha çox göstər
Back to top button