İranşünas:“ İran Artsax məsələsində ədalətli mövqeyə malikdir”
İranşünas Vardan Voskanyanın sözlərinə görə, İran KİV-ləri son zamanlarda Ermənistana çox toxunurlar və buradakı yüksək vəzifəli məmurların və mütəxəssislərin mövqeləri təqdim edirlər. Bu kontekstdə o “İrna” İnfromasiya Agentliyinin ER Prezidenti, Parlamentinin sədri ilə keçirdiyi müsahibələri qeyd etdi. Vardan Voskanyan vurğulayıb ki, İranda nüfuzlu olan, geniş auditoriyaya malik olan və prezident Həsən Ruhaninin siyasi qrupunun fikirlərini təqdim edən “Şərq” qəzetində nəşr olunan Artsax Respublikasının xarici işlər naziri Masis Mayilyanın müsahibəsi bu seriyanı tamamlayır.
“Aydındır ki, bu İran tərəfinin yanaşmasının göstəricisidir, iranlılar heç bir şey boşuna etməz. Bu İranın Dağlıq Qarabağ münaqişəsində öz ədalətli mövqeyinə malik olduğuna dair həm Ermənistan həm də Azərbaycan tərəfinə yönələn bir impulsdur”- deyə o qeyd etdi.
İranşünas qeyd etdi ki, Ermənistan və İranın maraqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanma porsesi kontekstində də üst-üstə düşürlər.
“İran xarici işlər nazirinin Yerevanda Ermənsiatnın sülhün qorunub saxlanmasının dastəklənməsinə dair bəyanatı işarət edir ki, məhz Azərbaycan tərəfi sülhü pozur və sabitliyə təhlükə yaradır. İarnın dimpolmatik səviyyəsində neytral və balanslı siyasəti, həqiqətən bizim üçün faydalıdır, lakin İranın görünməyən möyqeyi də var, ona görə indiki status-kvonun, yəni Artsaxın indiki sərhədlərin saxlanılması İranın maraqlarından irəli gəlir”- deyə Vardan Voskanyan qeyd etdi.