BaşlıcaSiyasət

Kanadanın müdafiə naziri Ermənistanla müdafiə sahəsində olan əməkdaşlığa əhəmiyyət verir

Kanada müdafiə naziri Harcit Sacan Ermənistan və Kanada arasında müdafiə sahəsində olan əməkdaşlığa əhəmiyyət verir.

“Horizon Weekly”-nin verdiyi məlumata görə, Kanada müdafiə naziri vurğulayıb ki, BMT və sülhməramlı missiyalar çərçivəsində əməkdaşlığın bu cür təşəbbüsləri müxtəlif regionların sabitliyini təmin etmək üçün zəruridirlər.

Kanada Müdafiə Nazirliyinin rəhbəri həmçinin, Kanada ordusunun ziddiyyətli bölgələrə sülhməramlı qüvvələrin göndərilməsi proqramlarına və ölkənin hərbi büdcəsinin planlaşdırılması detallarına toxundu.

Hacit Sacan Kanadanın ilk müdafiə naziridir ki, Kanadalı Sikh cəmiyyətinin nümayəndəsidir. O, Kanada ordusundakı hərbi xidmət dövründə Bosniya və Herseqovina, Əfqanıstanda da xidmət etmişdir.

Daha çox göstər
Back to top button