“ATƏT tərəfindən Artsax münaqişə tərəfi kimi tanınmışdır. ATƏT-in sənədlərində aydın şəkildə qeyd edilir ki, bu münqişəyə üç tərəf daxil olunub- iki ATƏT üzv ölkəsi və üçüncü tərəf isə Dağlıq Qarabağdır. Bu çox vacibdir” – deyə İranın “Şərq” qəzetinə müsahibəsində Masis Mayilyan ATƏT-in Minsk qrupunun çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanma danışıqlarına toxunaraq qeyd etdi.
“1997-ci ilə qədər üçtərəfli formatlə danışqılar keçirilib. Bu illər ərzində nizamlanma prosesində unikal nəticələr olub, 1994-cü və 1995-ci atəşkəs rejimi və atəşkəs rejiminin gücləndirməsi haqqında üçtərəfli saziş imzalanıb, bu sazişlədə Artsax da imza atdı. 1997-ci ildən bəri sülh prosesi Dağlıq Qarabağın iştirakı olmadan təhrif olunmuş formatda davam edir, bu isə əlbəttə nizamlanma porsesinin effektivliyinə mənfi şəkildə təsir edir.
Hal-hazırda 1997-ci ildən əvvəl olduğu kimi danışıqlar prosesi yoxdur. 2016-cı ildə Azərbaycanın başladığı müharibə sülh prosesinə böyük zərbə vuraraq, münaqişənin nizamlanmasına nail olma perspektivləri daha da uzaqlaşdırdı.İndiki əsas məsələ regionda sülhün qorunub saxlanmasıdır, vasitəçilərin səyləri də əsasən buna yonəlmişdir”- deyə Masis Mayilyan vurğulayıb.