İctimaiyyət

RF-nın ən zəngin insanlardan biri olan azərbaycanlı iş adamı Telman İsmayılov rəsmən qətldə ittiham edildi

Rusiya Federasiyasının İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova qarşı “adam öldürmə” ittihamı ilə rəsmi ittiham irəli sürüb və onun dərhal həbs olunması barədə qərar verib. Bu barədə “Gazeta.ru” Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumat yayıb.

“Cinayət işinin materiallarına əsasən, Telman İsmayılov ötən il biznesmenlər Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş edib. Bu işdə ona qardaşları Rafiq və Vaqif İsmayılovlar yardımçı olub, killer rolunu isə Mehman Kərimov icra edib”.

Cinayət sənədləri Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi üçün Baş Prokurorluğa göndərilib. Onun qardaşlarından Rafiq İsmayılov həbs olunub. Digər qardaşı Vaqif İsmaylıov barədə də analoji analoji axtarış qərarı verilib.

Bundan əvvəl Telman İsmayılov Rusiyada cinayət törətməklə bağlı heç bir əlaqəsi olmadığını bildirmişdi. İki ay əvvəl Rusiyanın hüquq-mühafizə orqanları  azərbaycanlı iş adamı İsmayılova aid 12 adresdə axtarış aparmışdılar. Lenta.ru məlumat vermişdi ki, axtarışların səbəbi iki nəfərin öldürülməsidir.

Söz 2016-cı il may ayında Moskva bölgəsində Vladimir Savkinin və “Lublin Motors”-un qurucusu Yuri Brilyovun öldürülməsi ilə bağlıdır. Onların cəsədləri mayın 16-da tapılıb.

Daha çox göstər
Back to top button