BaşlıcaSiyasət

Yerevan nümunə oldu: Ermənistan-Aİ sazişi Tbilisidə müzakirə olundu

Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanması Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq konfransnın əsas mövzularındandır. Bu barədə “Sputnik Armenia”-nın müxbiri ilə söhbətdə ERP deputatı Mihran Hakobyan bildirib.

Konfransda Avropa İttifaqı ilə tərəfdaşları arasında, eləcə də “Şərq tərəfdaşlığı” ölkələri və namizəd dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. “Ermənistan-Aİ sazişin imzalanması konfransda müzakirə olunan mövzulardandı. İştirakçılar qeyd ediblər ki, Aİ-ə üzv olmağa hazır olmayan, lakin yaxşı əlaqələr qurmaq istəyən digər ölkələr üçün Ermənistan yaxşı bir nümunə oldu”,-deyə Hakobyan bildirib.

Onun sözlərinə görə, tərəfdaşlar Yerevanın nümunəsini və ER Prezidenti Serj Sarkisyanın bütün tərəflərlə əməkdaşlıq etməyə imkan verən “və…və” siyasətini yüksək qiymətləndiriblər. Ermənistan Rusiyanın strateji tərəfdaşı, KTMT və AİB-ə üzv ilk dövlətidir ki, Avropa İttifaqıl ilə belə saziş imzalayıb.

Daha çox göstər
Back to top button