Apellyasiya Məhkəməsi “Azadliq” qəzeti ilə bağlı qərarı dəyişmədi
Bakı Apellyasiya məhkəməsində “Azadliq” qəzetinə qarşı “şərəf və ləyaqətə vurulan ziyanın ödənilməsi və digər tələbə dair” iddia ərizəsi üzrə mülki iş yekunlaşıb. İsmayıl Vəliyevin sədrliyi ilə keçən prosesdə iddiaçı Abdullayev Şirin Tapdıq oğlunun və cavabdeh “Azadliq” qəzetini nümayəndələrinin verdiyi apaellaysiya şikayətləri təmin olunmayıb. Yasamal rayon məhkəməsinin idianın qismən təmin olunması ilə bağlı qərardadı qüvvədə saxlanılıb.
Qeyd edək ki, iddia tərəfi “Azadliq” qəzetinin saytında 3 fevral 2017-ci ildə dərc olunmuş “Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş” başlıqlı məqalənin Abdullayev Şirin Tapdıq oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab olunması, mənəvi ziyana görə 10 min manat kompensasiya ödənilməsi və Abdullayev Şirindən üzr istənilməsi, bunun “Azadliq” qəzetinin saytında dərc olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdi.
“Azadliq” qəzetinin nümayəndələri isə adı çəkilən yazının başqa bir mətbuat orqanından, “Azadliq” radiosunun azadliq.org saytına istinad etməklə dərc edildiyini bildirərək idianın təmin olunmaması barədə məhkəməyə etiraz yazmışdı.
Yasamal rayon məhkəməsi iddia tərəfinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya bildirdikdə, onlar azadliq.org saytındakı (“ Dedi, sən fahişəxana saxlayırsan, xaricdən azyaşlı qızlar…”) yazı ilə azadliq.info-dakı (“Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş”) yazının başlıqlarının fərqli olduğunu əsas gətirərək məhz “üzə duran” ifadəsinin şərəf və ləyaqəti alçaldan ifadə, işgüzar nüfuzu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar olduğunu qeyd etməklə bunun təhqir hesab edilməsini düşünüb.
Yasamal rayon məhkəməsi idianın qismən təmin olunması, “Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş” məqalə başlığının Abdullayev Şirin Tapdıq oğlunun şərəf və ləyaqətinin, işgüzar nüfuzunu ləkələyən və həqiqətə uygun olmayan məlumat hesab edərək, ondan üzr istənilməsi, kompensasiya ödənilməsi tələbinin isə təmin olunmaması barədə qərardad çıxarmışdı.
Abdullayev Şirin Tapdıq oğlunun nümayəndəsi iddianın tam təmin olunması, “Azadliq” qəzetini nümayəndələri isə iddianın ləğv edilməsi ilə bağlı apellyasiya şikayətləri verib.
Apellyasiya məhkəməsində 6 dekabr 2017-ci il tarixdə keçirilən prosesdə hər iki tərəf öz şikayətini müdafiə edərək qətnamənin dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edib.
Hakimin Abdullayev Şirin Tapdıq oğlunun işgüzar nüfuzunun nədən ibarət olması barədə sualına, iddiacının nümayəndəsi onun sahibkarlıq fəaliyyəti- masaj və sauna biznesi ilə məşğul olması cavabını verib.
Hakim İsmayıl Vəliyev “Azadlıq” qəzetinin nümayəndəsindən linqvistik ekspertin “üzə duran” ifadəsinin yalan olduqda işlədilməsinin təhqir hesab edilməsi barədə rəyi haqda soruşduqda, ekspertin yalnız izahlı lüğətə istinad etdiyi, orada isə həmin ifadənin olmaması üzündən bədii ədəbiyyatdakı nümunələrə və daxili inamına əsaslanaq rəy verdiyini bildirən nümayəndə, “üzə dürmaq” ifadəsinin “Azərbaycan dilinin frazeologiya lüğətində”
üzə durmaq
1.Əleyhinə ifadə vermək; ~ üzünə durmaq.
2. İnad etmək, təkid etmək, öz dediyindən, tələbindən əl çəkməmək….
mənasında işlədilməsini xatırladaraq bu ifadədə təhqir olmadığını, “üzə duran” sözünə frozeloji birləşmə olmasına görə məhz bu lüğət vasitəsi ilə aydınlıq gətirilməli olduğunu qeyd edib.
İddia tərəfinin nümayəndəsinin Abdullayev Şirin Tapdıq oğlunun şahid deyil, zərərçəkmiş olması, bu üzdən də “əlehinə ifadə vermək” ifadəsinin ona şamil edilməməsi sualına cavabda “Azadlıq” qəzetinin nümayəndəsi: “Məhkəmədə həm şahidin, həm təqsirləndirilənin, həm də zərərçəkmişin bir-birilərinin lehinə və əlehinə ifadə vermək, eləcə də bir-biri ilə üzləşdirilməsi zamanı ifadələrindəki detalları israrla təkid etmək, öz tələbindən geri çəkilməmək hüququ var. Lüğətdəki izaha görə də “üzə durmaq” ifadəsi bu anlamda işlənilib”, -deyə bildirib.
Məhkəmə tərkbi müşavirə etdikdən sonra apellyasiya şikayətlərinin təmin olunmaması, Yasamal rayon məhkəməsini qüvvədə saxlanılması barədə qərarını elan edib.
“Azadlıq” qəzeti qərarı aldıqdan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Məlumatı Azadlıq.info yayıb.