Təhlil

E. Şarmazanov: Artsaxda keçirilən hərbi təlkimlər göstəriblər ki, ER diplomatik uğurları ordu tərəfindən gücləndirilir

Parlamentinin vitse-prezidenti, ERP katibi Eduard Şarmazanov Parlamentdə bildirib ki, son günlər siyasi olaylarla dolu idi.

“Noyabrın 24-də Brüsseldə ER-Aİ çərçivə sazişi imzalandı və bu saziş Ermənistan-Avropa gündəmində yeni səhifə açacaq. Qeyd etmək istəyirəm ki, bu saziş ölkəmizdə institusional islahatları sürətləndirə bilər. Ermənistan bir tərəfdən Aİ və AİB, digər tərəfdən də İran və Aİ arasında körpü ola bilər”,-deyə Şarmazanov qeyd edib.

Şarmazanov Minskdə keçirilmiş KTMT zirvəsinin əhəmiyyətini vurğulayıb. “Bir daha da təsdiq olunub ki, Ermənistan KTMT-də öz iştirakını derinləşdirməlidir və düşünürəm ki, KTMT-nin hərbi-siyasi baxımından alternativi yoxdur. KTMT tərəfindən Artsax məsələsi ilə bağlı qəbul olunmuş bəyanatın əhəmiyyəti də çox böyükdür. Bəyanatda Minsk Qrupu həmsədrlərinin səylərinə dəsətk verilir və Vyana, Sankt-Peterburq razılaşmaları yerinə yetirməyə çağırılır. Bu, rəsmi Yerevanın və xüsusilə də Prezident Serj Sarkisyanın diplomatik uğurudur”.

Şarmazanovun sözlərinə görə, təhlükəsizlik məsələləri ER üçün vacibdir və Artsaxda keçirilmiş hərbi təlimlər göstəriblər ki, ER diplomatik uğurları ordu tərəfindən gücləndirilir.

Daha çox göstər
Back to top button