BaşlıcaSiyasət

Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Dekabrın 6-da işgüzar səfəri ilə Vyanada olan ER Xİ naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İgor Popov, Stefan Viskonti və Endryu Şofer ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasrçik də iştirak edib.

Bu barədə ER XİN mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Görüşdə Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilmiş zirvələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan addımlar müzakirə olunub.

Tərəflər Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanma prosesi üçün səmərəli şəraitlərin yaranması barədə fikir mübadiləsi aparıblar.

Ermənistan və Azərbaycan Xİ nazirlərinin növbəti görüşü ilə bağlı məsələlərə də toxunuub.

Daha çox göstər
Back to top button