BaşlıcaTəhlil

K. Nahapetyan: 2018-ci ildə müdafiə sahəsinin büdcəsi ordunun modernləşdirilməsi üçün yeni mərhələ açmağa imkan verəcək

ER 2018-ci il dövlət büdcəsinin layihəsi Silahlı Qüvvələri qarşısında duran əsas məsələləri, yəni silahlanma, hərbi sənaye kompleksinin yaxşılaşdırılması, cəbhə xəttinin abadlaşdırılması və bir sıra digər əsas məsələləri həll etməyə imkan verəcək.

Parlamentdə ER 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirələrində bunu ER Parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədri Koryun Nahapetyan bildirib. “Bir sıra maliyyə mənbələrin birləşdirilməsi ilə SQ hərbi-texniki imkanlarını yaxşılaşdırmaq üçün məqsədyönlü siyasət həyata keçiriləcək”.

Deputat qeyd edib ki, gələcək illərdə büdcə planlaşdırma prosesinin təkmilləşdirilməsi, xüsusilə də müdafiə büdcəsinin şəffaflığına Konstitusiya islahatları töhfə verəcəklər. “Bu dəyişikliklər nəticəsində biz müvafiq nəzarət alətləri əldə etdik. Bu mərhələdə bəzi irəliləyişimiz var, lakin hələ ediləcək çox şey var. əminəm ki, 2018-ci ildən bəri büdcə hazırlığının bəzi metodoloji problemlərini nəzərdən keçirərək bu prosesin şəffaflığını daha da yüksək edəcəyik”,-deyə Karen Nahapetyan qeyd edib.

O əminliklə vurğulayıb ki, müdafiə sahəsinin büdcəsi SQ imkanlarını artıracaq və ordunun modernləşdirilməsi üçün yeni mərhələ açacaq.

Daha çox göstər
Back to top button