BaşlıcaBeynəlxalq

Rəsmi Yerevan azad iqtisadi zonada İran-AİB qarşılıqlı əməkdaşlğının tərəfdarıdır

İran və Avrasiya İqtisadi Birliyinin arasında “Meğri azad iqtisadi zonasında” əməkdaşlıq müqaviləsi gələn aylarda imzalanacaq.
Ermənistan gələn aylarda Avrasiya İqtisadi Birliyi və İranın arasında “Meğri azad iqtisadi zonasında” əməkdaşlıq müqaviləsinin imzalanmasının tərfdarıdır. Bu barədə İranın XİN-nin Twitter-də olan  rəsmi səhifəsində yazılıb.

“Ermənistan, “Meğri azad iqtisadi zonada” əməkdaşlıq müqaviləsinin imzalanmasına aid Avrasiya İqtisadi Birliyi və İranın arasında müzakirələri müsbət qiymətləndirir.

Xatırladaq ki, ER Prezidenti Serj Sarkisyan bəyan edib ki, İran və Avrasiya İqtisadi Birliyi azad iqtisadi zona yaratmaq barədə gələcək aylarda razılıq imzalayacaq. Daha öncə ER Baş naziri Karen Karapetayn erməni-rus regionlararası 6-cı forumunda və Avrasiya 2-ci konfransının açılışında deyib ki, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr İranla münasibətləri inkişaf etdirmək üçün Ermənistanın imkanlarından istifadə edə bilərlər.

Daha çox göstər
Back to top button