Siyasət

Saytların bloklanması məhkəməsi yenə təxirə salındı

Bu gün Bakı Apellyasiya məhkəməsində Azadliq.info, azadliq.org, meydan.tv saytlarının azərbaycansaati və Turan tv domenlərinin yerləşdiyi internet resurslarının bloklanması üzrə apellyasiya şikayətinə baxılıb.

Hakim Abidin Hüseynovun sədrliyi ilə keçirilən proses iş üzrə ərizəçi qismində çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirak etməməsinə görə təxirə salınıb.

Növbəti iclas 19 dekabr saat 16:30-a təyin olunub.

Daha çox göstər
Back to top button