BeynəlxalqSiyasət

ATƏT PA-nın sədri Qarabağdakı gərginliyə görə narahatdır

ATƏT Parlament Assambleyasının sədri Qrigori Tsereteli Dağlıq Qarabağdakı gərginliyin artması ilə bağlı narahatdır. Bu barədə o, Vyanada ATƏT Xarici işlər nazirləri şurasının iclası açılış mərasimində bildirib.

“Mən ATƏT ərazisində bütün münaqişələrin movcudluğu faktından eyni dərəcədə narahatam”-deyə Tsereteli bəyan edib.
O, Ukrayna və Gürcüstan məsələləri də qeyd edib.

“Bu münaqişələrin nəticəsində çox insan ölüb. İnsanların əsas haqları pozulub. ATƏT üçün elə hərəkətlər heç vaxt normal və tolerant olmamalıdır. Ümidvaram ki, sülh və inam yaratmaq məqsədiylə səylərimizi inkişaf etdirmək üçün siyasi iradəni tapacaq”- deyə ATƏT PA-nın sədri qeyd edib.
O, vurğulayıb ki, ATƏT bizim kolektiv təhlükəsizliyimiz üçün unikal bir platformdur.

Daha çox göstər
Back to top button