Siyasət

Ermənistan Yerusəlimdəki hadisələri yaxından izləyir: Nalbandyan

Ermənistan Respublikasının Xarici İşlər naziri Edvard Nalbandyan Yerusəlim statusu ilə bağlı bəyanat etdi.

Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirin bəyanatında deyilir:

“Yerusəlim statusunun məsələsi beynəlxalq gündəminin vacib məsələlərindəndir və İsrail-Fələstin münaqişə tərəfləri üçün məqbul olan nizamlanma danışıqları yolu ilə həll oluna bilər. Bu, təhlükəsizlik və sülhün davamlılığını təmin edə bilər.

Yerusəlimdə əsrlər boyu erməni varlığı, zəngin erməni tarixi və mədəni irsi vardır. Erməni Apostol Kilsəsi müqəddəs yerlərin sahibi olan kilsələrindən biridir. Təbii ki, biz Yerusəlimdəki hadisələri yaxından izləyirik”.

Daha çox göstər
Back to top button