ER hərbi diplomatiyası keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bunu Mediamax-a müsahibədə ER SQ-nin Baş qərargah rəisi, general-leytenant Movses Hakobyan bildirib. Onun sözlərinə görə, Müdafiə naziri bir il ərzində Rusiya, Yunanıstan, Gürcüstan, İran, Çin, Kipr, Belarusa rəsmi səfərlərə getdi, KTMT, MDB, NATO çərçivələrində çoxtərəfli görüşlər keçirib, Münhen və Moskvanın nüfuzlu konfranslarında təhlükəsizlik məsələləri ilə bağlı çıxışlar edib.
“Bizim dostlarla hərbi dialoqumuz yeni kəyfiyyətə çatıb və bu, müdafiə qabiliyyətimizin artmasında əks olunur”. Movses Hakobyan bu gün Ermənistanın hərbi elm və sənayesinin uçuş artımını qeyd edib. “Bu il Silahlı Qüvvələrinə tamamilə Ermənistanda hazırlanmış analoqu olmayan və əlçatmaz olan döyüş vasitələri daxil olunub. Bu layihələrin sürətli inkişaf potensialı və perspektivləri görünür”,-deyə ER SQ-nin Baş qərargah rəisi bildirib.
Onun sözlərinə görə, bu ildə yeni səviyyəyə çatmışıq. “Tərəfdaşlarımızla KTMT çərçivəsində keçirilmiş hərbi təlimlər, xüsusilə Ermənistanda keçirilmiş təlimlər, günlər əvvəl keçirilmiş hərbi təlimlər ciddi döyüş hazırlığını təmin edirlər”,-deyə Movses Hakobyan yekunlaşdırdı.