BaşlıcaSiyasət

Nalbandyan və Məmmədyarov arasında növbəti görüş yanvarda keçiriləcək

Dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər.

Sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təşkil edilib.

Bu barədə Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan Vyana, Sankt-Peterburq və Cenevrə zirvələrində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilməsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button