Siyasət
RF Silahlı Qüvvələrinin nümayəndə heyəti Ermənistana gələcək

Ermənistan Respublikası və Rusiya Federasiyası Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlığın 2017-ci il planına əsasən, dekabrın 6-dan 8-dək Rusiya Federasiyasının Silahlı Qüvvələrinin baş operativ idarəsinin nümayəndə heyəti ikitərəfli danışıqlara qatılmaq üçün Ermənistana gələcək. Bu haqda Ermənistan Respublikası Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.