BaşlıcaSiyasət

Artsaxa səfər edən türk ziyalılar inkar edirlər: “Biz Əliyevdən üzr istəmədik”

Türkiyə vətəndaşları Əli Bayramoğlu, Sait Çetinoğlu, Erol Katırcıoğlu və Ufuk Uras Çavuşoğlunun bir neçə gün əvvəl Bakıya səfəri zamanı verdiyi bəyanatlarla bağlı yazılı bəyanatla çıxış ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda bildirmişdi ki, Türkiyə hüquq-mühafizə orqanları Türkiyə vətəndaşları Əli Bayramoğlu, Səid Çətinoğlu, Ufuk Uras və Erol Katırçıoğluna qarşı cinayət işi qaldırıb və təhqiqat aparır. Eyni zamanda Çavuşoğlunun bildirdiyinə görə bu şəxslər onunla əlaqə saxlayaraq Qarabağa səfər etdiklərinə görə “peşimanlıq” ifadə ediblər, üzrxahlıqlarını Azərbaycan hakimiyyətinə çatdırmağı xahiş ediblər.

Ziyalılar Artsaxa sentyabrda getmişdilər, sonra isə, Azərbaycan “dövlət sərhədini qanunsuz olaraq keçmə” ittihamı ilə dövlətlərarası axtarışa veriliblər.

“Agos” qəzeti yazır ki, ziyalılar bəyanat yayıblar və Çavuşoğlunun Türkiyədə onlara qarşı cinayət iş başlamasına dair sözlərini təkzib edərək qeyd etdilər ki, Türkiyədə barələrində heç bir cinayət işi qaldırılmayıb. Onlar təkcə Azərbaycan hüquq-mühafizə orqanlarının qaldırdığı cinayət işi ilə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə göndərilən sorğulara prosedur zərurəti ilə bağlı cavab veriblər.

“Xarici işlər naziri Çavuşoğlu ilə əlaqə saxlayıb səfərimizlə bağlı peşimanlıq ifadə etdiyimiz doğru deyil. Nazirlə Azərbaycanın barəmizdə qaldırdığı cinayət işi və axtarış qərarı ilə bağlı təmas qurmuşuq ki, Türkiyə dövləti öz vətəndaşlarının hüququnu qorusun. Onun arzusu ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq Qarabağa etdiyimiz səfərin məqsədini izah etdik və yaranan vəziyyətlə bağlı məyusluğumuzu ifadə etdik. Nazir Çavuşoğlunun bu məktubda “peşimanlıq”, “üzr istəmə” kimi ifadələrə yer verilməsi barədə istəyinə qarşı çıxdıq, bənzər təkliflərini də qəbul etmədik”

Ziyalılar bəyanatda onu da qeyd edirlər ki, onlar jurnalist və alimlərdir və münaqişələrin nizamlanması mövzusu ilə dünyanın müxtəlif münaqişə zonalarına gedirlər. Qarabağa edilmiş səfər isə, Ermənistan-Azərbaycan fikir ayrılıqları və Qarabağın hüquqi statusu  ilə əlaqədar deyil.

Əli Bayramoğlu mövzu ilə bağlı “Agos” qəzetinə verdiyi müsahibəsində təkrar qeyd edib ki, Türkiyədə onlara qarşı heç bir cinayət işi qaldırılmayıb, hətta Türkiyə Konstitusiyaya görə, bu mümkünsüzdür. Xaricdə (bir il həbs cəzası və ya məsələn qanunsuz olaraq sərhəd keçmə) törətdikləri pozuntu hallarında, Türkiyə qanunları ilə heç bir hüquqi proses nəzərdə tutulmur. Bundan başqa, Türkiyə heç bir ölkəyə getməni  qadağan etmir.

“Türkiyə dövlətindən öz vətəndaşlarının hüququnu qorumasını gözləyirik,, çünki hazırda Türkiyə bu mövzuda heç bir şey etmir. Hətta tərsinə, bu isə, narahatlıq doğurur”,-deyə Bayramoğlu əlavə etdi.

Daha çox göstər
Back to top button