Siyasət

Ermənistan və Finlandiya xarici işlər nazirləri siyasi dialoqun aktivləşdirilməsi yollarını müzakirə ediblər

ATƏT-in xarici işlər nazirlərinin 24-cü iclası çərçivəsində xarici İşlər naziri Edvard Nalbandyan Finlandiya xarici işlər naziri Timo Soini ilə görüşüb. ER XİN-dən verilən məlumata görə, tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilmə, ticarət-iqtisadi əlaqələrin fəallaşdırılma, mədəni mübadilələrin təşviq yollarını müzakirə ediblər. Tərəflər parlamentlərarası əlqaələrin güclənməsinə, hüquqi-müqavilə çərçivənin genişləndirilməsinə və beynəlxalq təşkilatlarda əməkdaşlığın derinləşməsinə əhəmiyyət veriblər.

ER və Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanması kontekstində Ermənistan-Avropa İttifaqı əməkdaşlığına da toxunulub.

Edvard Nalbandyan nazirə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanması üçün Ermənistan və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin göstərdiyi birgə səylərinin təqdim edib.

Daha çox göstər
Back to top button