Siyasət

Ermənistan və Gürcüstan Xİ nazirləri yüksək səviyyəli qarşılıqlı səfərlərin hazırlıq işlərini müzakirə etdilər

Vyanada ATƏT-in xarici işlər nazirlərinin 24-cü iclası çərçivəsində ER xarici işlər naziri Edvard Nalbandyan Gürcüstan Baş nazir müavini, Xİ naziri Mixeil Canelidze ilə görüşüb. Bu haqda ER XİN mətbuat xidməti məlumat yayıb.

Nazirlər ikitərəfli əlaqələrin gündəm məsələlərə toxunaraq, iki ölkə rəhbərliyi arasında əldə edilmiş razılaşmaların həyata keçirmə prosesi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin hazırlıq işləri də müzakirə olunub.

Daha çox göstər
Back to top button