İctimaiyyət

Hüquq müdafiəçiləri dövlət başçısını məhbusların azad edilməsinə çağırıblar

Bir qrup hüquq müdafiəçisi ölkə prezidenti İlham Əliyevə müraciət edərək rəsmi Bakı və beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad olunmasını xahiş edib. “İnsan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik”, – müraciətdə deyilir.
“Azadliq.info” saytına əsasən, müraciət müəlifləri ümidvar olduqlarını bildirirlər ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlət başçısı əfv fərmanı imzalayacaq.

Sənədi Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Əvəz Həsənov imzalayıblar.

Daha çox göstər
Back to top button