Təhlil

Şavarş Koçaryan: Nalbandyan-Məmmədyarov görüşlərinin nəticəsi təmas xəttindəki gərginliyinin azalmasıdır

ER Xİ nazirinin müavini Şavarş Koçaryan Qarabağ münaqişəsinin danışıqlar prosesinin qiymələndirməsini çətin hesab edir, çünki Azərbaycan danışıqlar masasına razılaşır, lakin sonra prosesə maneələr törədir. Koçaryan bu haqda jurnalistlərə müsahibədə Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüş nəticələrinə toxunurkən bildirib.

“Azərbaycan status-kvonu həqiqətən dəyişdirmək istəsə, bu cür davranışlara son verməlidir”,-deyə nazir müavini qeyd edib.

Xarici işlər nazirlərinin yanvar ayında keçiriləcək görüşündən olan gözləntilərə dair sualna Koçaryan deyib ki, tez-tez baş verən görüşlər təmas xəttində gərginliyin azaltması ilə üst-üstə düşür. “Bu baxımdan görüşlər müsbətdir”,-deyə Koçaryan vurğulayıb.

Daha çox göstər
Back to top button