BaşlıcaSiyasət

Lavrov Vyanada Nalbandayanla Qarabağ məsələsini müzarikə etdi

ATƏT-in Vyanada keçirilən Nazirlər Şurasının 24-cü sessiyasında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə edib, iki ölkə liderləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə toxunublar.

ER Xarici İşlər Nazirliyinin informasiya, mətbuat və ictimaiyyətlə əlaqədər şöbəsinin bildirdiyinə görə, Ermənistan və Rusiya xarici işlər nazirləri ATƏT-in fəaliyyətinin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Edvard Nalbandyan və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə toxunublar.

Daha çox göstər
Back to top button