İctimaiyyət

Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

“Kütləvi informasiya vasitələri haqqında” qanuna yeni dəyişikliklər təklif edildiyi bildirilir. Dəyişikliklərin jurnalist adından sui-istifadə hallarının qarşısının alınması ilə əsaslandırıldığı qeyd edilir.

APA-nin xəbərinə görə, dəyişiklik layihəsində təklif edilir ki, inzibati tənbeh almış mətbu nəşr bir il ərzində jurnalist adından sui-istifadəyə təkrar yol verərsə, fəaliyyəti dayandırılsın.

Xəbərdə bildirilir ki, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsinə əlavələr təklif edilir. Həmin maddə kütləvi informasiya vasitəsinin istehsalının, yayımının dayandırılması və ya ona xitam verilməsi qaydalarını müəyyən edir.

Layihədə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edilmiş mətbu nəşrin təkrar pozuntuya yol verdikdə, daha ağır cəzalandırılması nəzərdə tutulur. Mətbu nəşr il ərzində iki dəfə pozuntuya yol versə, həmin mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacağı vurğulanır.

Daha çox göstər
Back to top button