Siyasət

Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı müşahidəçilərin sayı artırılmasına toxunub

ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT müşahidəçilərinin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

“Təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi 2016-cı ilin mayında Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada həmsədr ölkələrin xarici işlər nazirləri ilə birgə toplantısında və iyunda Sankt-Peterburqda hər iki ölkə prezidentinin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib. Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb.”- deyə Lavrov qeyd etdi.

Daha əvvəl Dağlıq Qarabağ məsələsinı toxnaraq, o həmçinin əlavə edib ki, bu 2017-ci  Azərbaycan və Ermənistan prezidentlərarasında baş tutan dialoq pozitiv haldır.

Daha çox göstər
Back to top button