Mədəniyyət

Dünyaca şöhrətli amerikan HBO TV şəbəkəsi “Son sakin” filmi alacaq və Sərqi Avropada nümayiş edəcək

Artsaxın Xaçmaç kəndi rejissor Civan Avetisyanın “Son sakin” filmi vasitəsiylə Şərqi Avropada böyük şöhrət qazanacaq. Dünyanın ən böyük konglomeralarından Time Warner Corporation təşkilatına daxil olan, tanınmış və aparıcı sayılan amerikan kabel və peyk TV şəbəkəsi Home Box Office (HBO) “Son sakin” filmi satmaq üçün lisenziya verəcək.

“Artsaxpress” ilə söhbətində filmin rejissoru Civan Avetisyan qeyd edib ki, Amerikada məşhur, ən iri TV şəbəkəsi olan HBO “Son sakin” filminin dünya satış agenti Avstraliya “Galloping Films” şirkətini filmə lisenziya verməyi və HBO-nun şərqi ölkələrinə, o cümlədən Polşada, Rumıniyada,
Bulqarıstanda, Moldovada, Makedoniyada satmağı təklif edib.

“Bu TV şəbəkəsi neyinki ABŞ-da, həm də dünyada aparıcılardan biridir. Bizim üçün böyük bir müvəffəqiyyətdir ki, Artsax barədə “Son sakin” filmi belə bir səviyyədə bir sıra Avropa ölkələrində yayılır. HBO-nun təklifi artıq filmin irəliləyişinə təşviq edəcək. Şərqi Avropada nümayiş edərək, o əlbəttə böyük şöhrət qazanacaq, amma eyni zamanda filmin beynəlxalq kinofestivallarda iştirak etməsi bizim ən vacib məqsədlərimizdən biri olmaya davam edir. Biz bu istiqamətdə işlərimizi dayandırmırıq”- deyə C. Avetisyan qeyd edib.

Daha çox göstər
Back to top button