Siyasət

Vyanad Ermənistanın Avropadakı səfirlərinin məsləhətləşmələri keçirilib

Vyanada dekabrın 9-da Xİ naziri Edvard Nalbandyan Avropa ökələrində və Avropada yerləşdirilmiş beynəlxalq təşkilatlarda akkreditə olunmuş Ermənistan səfirləri və daimi nümayəndələrinin iştirakı ilə məsləhətləşmələri keçirib.

Görüşdə Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasına, gözləntilərə və digər Avropa təşkilatları ilə əməkdaşlığa toxunulub.

ATƏT-in xarici işlər nazirlərinin 24-cü iclası nəticələri ilə bağlı müzakirələr aparııb. Bu konteksdə Edvard Nalbandyan səfirlərə dekabrın 6-da ATƏT-in Minsk Qrupu həmsədrləri və Azərbaycan Xİ naziri ilə keçirilmiş görüşləri, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistan tərəfindən göstərilə səyləri təqdim edib.

Görüşdə gələcək il Yerevanda keçiriləcək Frankofoniya zirvəsinin hazırlıq işlərinə və diplomatik nümayəndəliklərindən gözlənilən addımlarına toxunulub.

Erməni Soyqırımınının beynəlxalq tanınması və pisənməsi prosesi, insanlığa qarşı cinayətlərin qarşısını alması üçün Ermənistanın təşəbbüslərə xüsusi diqqət ayrılıb. Bir sıra regional və beynəlxalq məsələlərə və bunların həlli istiqamətində Ermənistan yanaşmalarına da toxunulub.

Daha çox göstər
Back to top button