Aprel müharibəsindən sonra Artsaxa səfər edən kanadalı deputat insan hüquqları pozuntuları haqqında dəhşətli hadisələr barədə danışıb
Kanada Parlamentinin icmalar palatasının deputatı Toni Klement Beynəlxalq İnsan Hüquqları Günü ilə əalqədər parlamentdə çıxış edərək Artsaxa toxunub. Qeyd edək ki, Kanada Parlamentində ilk dəfə Artsax haqqında danışılıb. Deputat vurğulayıb ki, indi insan hüquqlarının pozulmasına dair bir çox hallara baxmayaraq, o xüsusən Dağlıq Qarabağdakı vəziyyəti ayrılmaq istəyir.
O xatırlatdı ki, bu yaz “Bir azad dünya” beynəlxalq təşkilatı ilə Artsaxa səfər edərək, sülh üçün mübarizə edən insanlara qarşı insan hüquqlarının pozulması vəziyyətlərini şəxsən araşdırıb.
“Biz oğullarını itirmiş anaları, əsagərləri və münaqişəyə daxil olunan digər insanlarla görüşdük. Mən unudulmayan dəhşətlərə şahid oldum”- deyə Klement qeyd etdi.
Deputat öz çıxışında vurğulayıb ki, sülh və inkişaf edən Artsax görmək istəyir. Klement xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yoli ilə nizamlanaması prosesi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) vasitəsilə aparılır, Kanada da ATƏT-in üzvüdür.
“Kanda hökumətinə regionda insan hüquqlarının pozulmasını pisləməyə çağırıram”- deyə deputat qeyd etdi.