BaşlıcaSiyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü gələn ilin yanvar ayının əvvəllərində baş tuta bilər

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın növbəti görüşü gələn ilin yanvar ayının əvvəllərində baş tuta bilər. Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında bildirib.

“Nazirlərin ən qısa müddətdə, ola bilsin ki, yanvarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşəcəyinə dair gözləntimiz var”, – deyə Lukaşeviç ATƏT-ə üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 24-cü Vyana görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

O, eyni zamanda qeyd edib ki, Rusiya bu cür tendensiyanı tamamilə dəstəkləyir.

Daha çox göstər
Back to top button