Ekonomika

Azərbaycanda bahalaşma davam edir

Bu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 13.4 faiz bahalaşıb.

Azərbaycanın Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır. Ərzaq məhsullarının 17.1, qeyri-ərzaq mallarının 12.1, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin də 9.6 faiz bahalaşdığı bildirilir.

«Bu ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının, xidmətlərin qiymətləri 0.2, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0.3 faiz bahalaşıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb», – məlumatda vurğulanır.

Daha çox göstər
Back to top button